Orban: "Budapeşt Ukraynanın Avropa İttifaqına vaxtından əvvəl qoşulmasına mane olacaq"

Macarıstanın Baş Naziri Viktor Orban bildirib ki, Budapeşt Ukraynanın Avropa İttifaqına vaxtından əvvəl qoşulmasına mane olacaq, çünki Brüssel Kiyevə yalnız Rusiya ilə hərbi əməliyyatları davam etdirməsi üçün Aİ üzvlüyü vəd edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş Naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, Ukraynanın tələsik Aİ-yə qoşulması iqtisadiyyat, əmək bazarı, səhiyyə, ictimai təhlükəsizlik və sərhəd mühafizəsi kimi sahələrdə Avropa ölkələrinə düzəlməz ziyan vura bilər, milli təhlükəsizlikdən isə danışmağa belə ehtiyac yoxdur.
Orbanın fikrincə, Qərbi Balkan ölkələri, yəni Şimali Makedoniya, Serbiya və Monteneqro, Ukraynaya nisbətən Aİ-yə qoşulmağa daha yaxşı hazırdırlar.
15:12 14.03.2025
Oxunuş sayı: 1793