Finlandiyalı analitiklər: Ukraynanın Kurskda uğursuzluğunun əsas səbəbi logistika problemləridir

Finlandiyanın Black Bird hərbi analitik qrupunun qiymətləndirməsinə görə, Ukraynanın Kursk istiqamətindəki uğursuzluğunun əsas səbəbi ABŞ-ın kəşfiyyat məlumatlarını dayandırması deyil.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, analitiklər bildiriblər ki, bu iddia daha çox daxili siyasət üçün bir bəhanədir.
Məlumata görə, ABŞ müdafiə məqsədləri üçün Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam edib. Lakin Ukraynanın əsas problemləri son 2-3 ay ərzində davam edən ciddi logistika çətinlikləri ilə bağlı olub. Ukrayna ordusu cəbhə xəttini genişləndirsə də, onu qorumaq üçün yetərli resursları səfərbər edə bilməyib.
Analitiklər qeyd edirlər ki, Rusiya qoşunları Ukraynanın təchizat zəncirlərini hədəfə alaraq ciddi maneələr yaradıb. Bu da Ukrayna ordusunun Kursk istiqamətində irəliləməsini çətinləşdirən əsas faktorlardan biri olub.
15:15 14.03.2025
Oxunuş sayı: 2095