Pakistan ölkələr arasında maneələrin götürülməsinin tərəfdarıdır

Pakistan ölkələr arasında maneələrin götürülməsi və iqtisadi əlaqələrin inkişafının tərəfdarıdır.
Bunu Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
O qeyd edib ki, təhlükəsizlik, kibercinayətkarlığa qarşı mübarizə, təhsil sahəsində əməkdaşlıq regionda harmoniyanın qorunmasına kömək edə bilər.
Senat sədri vurğulayıb ki, APA çox yaxşı bir platforma formalaşdırıb:
"Asiyada ölkələr arasında dialoqun formalaşdırılması, fərqlərin aradan qaldırılması üçün bəzi sahələrin inkişafına ehtiyac var. Sülh, inklüzivlik və tərəqqi bizim əsas prinsiplərimizdir”.(Report)
11:19 19.02.2025
Oxunuş sayı: 3677