Bəhreyn Krallığı APA sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir

Bəhreyn Krallığı Asiya Parlament Assambleyasının (APA) sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir.
Bunu Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh APA-nın Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
O qeyd edib ki, APA müasir qlobal sistemdə Asiya xalqlarının səsi olmalıdır:
"Bu səbəblə biz sədrliyə namizədliyimizi irəli sürməyi planlaşdırırıq. Bəhreyn Krallığı bu məsələdə çox həvəslidir və ümid edirəm ki, belə bir fürsət əldə edərək APA-ya öz töhfəmizi vermək imkanımız olar". (Report)
10:53 19.02.2025
Oxunuş sayı: 3941