Şimali Amerikanın iqtisadi birliyinə təhdid: ABŞ-nin yeni tarif siyasəti

ABŞ Kanada və Meksikaya qarşı davamlı tariflər tətbiq etsə, bu, Şimali Amerikanın iqtisadi inteqrasiyasını və inkişafını zəiflədə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Ağ Evin bu itkiləri qəbul etməyə hazır olması isə digər genişmiqyaslı tarif təkliflərinin də həyata keçirilmə ehtimalını artırır. Fevralın 3-də Meksika Prezidenti Klaudiya Şeinbaum və ABŞ Prezidenti Donald Tramp Meksika ilə Vaşinqton arasında tariflərin bir aylıq dayandırılması barədə razılığa gəldiklərini elan ediblər. Tramp həmin gün Kanada Baş naziri Castin Trüdo ilə də danışıb və ABŞ-Kanada arasında da oxşar razılaşmanın əldə olunması ehtimalı var. Bu, tariflərin fevralın 4-ü gecə yarısından etibarən qüvvəyə minməsindən öncə baş tutan son dəqiqə danışıqlarıdır", - məlumatda bildirilib.
Qeyd olunub ki, fevralın 1-də Tramp imzaladığı sərəncamla Kanada və Meksikadan gətirilən mallara 25%, Çindən idxal olunan məhsullara isə 10% tarif tətbiq edib: "Ağ Ev bu qərarı icazəsiz miqrasiya və fentanil ticarəti ilə mübarizə məqsədilə verdiyini bəyan edib".
Nabat Fərzəliyeva
16:55 04.02.2025
Oxunuş sayı: 2465