Ərəb dünyasının ilk qadın astronavtı: Kosmosa gedənlər bunu bacarmalıdır
Ərəb dünyasının və Birləşmiş Ərəb Əmirliklərinin ilk qadın astronavtı Nura əl-Mətruşi kosmik missiyalarda uğurun əsas amillərindən birinin bacarıqları daim təkmilləşdirmək olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Nura əl-Mətruşi bu barədə “Anadolu” agentliyinə müsahibəsində danışıb.
O, müsahibənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) çərçivəsində baş tutduğunu bildirib.
Əl-Mətruşinin sözlərinə görə, astronavt olmaq istəyən şəxslər öz bacarıqlarını davamlı şəkildə inkişaf etdirməli və kosmosa uçmaq üçün yaranan imkanlardan yararlanmağa hazır olmalıdırlar.
Qeyd edək ki, 77-ci Beynəlxalq Astronavtika Konqresi hazırda Antalyada keçirilir. Tədbirdə kosmik sənayenin əsas istiqamətləri müzakirə olunur və dünyanın müxtəlif ölkələrindən mütəxəssislər iştirak edir.
17:35 07.10.2026
Oxunuş sayı: 52