Dron savaşı böyüyür: Rusiya və Ukraynanın PUA rəqəmləri açıqlandı
Rusiya və Ukrayna münaqişə fonunda pilotsuz uçuş aparatlarından istifadəsini artıraraq həm texniki imkanlarını, həm də onların tətbiqi taktikasını təkmilləşdirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya və Qərb mediasında yayılan məlumatlarda qeyd olunub.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, sentyabrın 1-dən oktyabrın 5-dək Moskva vilayəti istiqamətində 9 994 PUA buraxılıb. Onlardan 862-si Rusiya paytaxtına yaxınlaşarkən vurulub.
Qərb mediasının ukraynalı hərbçilərə istinadən yaydığı məlumatlara görə, Ukrayna 2026-cı il ərzində müxtəlif əməliyyatlarda sutkada təxminən 9 min PUA-dan istifadə edib. Bu aparatların arasında kəşfiyyat və logistika məqsədilə tətbiq olunan vasitələr də yer alıb.
ABŞ-ın Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun məlumatına əsasən isə Rusiya iyun ayında Ukraynaya zərbələr zamanı saxta hədəflər də daxil olmaqla 5 749 “Şahed” tipli PUA-dan istifadə edib.
Beləliklə, hər iki tərəfin pilotsuz sistemlərə artan diqqəti müasir müharibədə PUA-ların kəşfiyyat, logistika və zərbə əməliyyatlarında rolunun daha da genişləndiyini göstərir.
17:41 07.10.2026
Oxunuş sayı: 53