Rusiyada ipoteka ödənişlərində gecikmə kəskin artıb

2024-cü ildə Rusiyada ipoteka kreditləri üzrə gecikmiş ödənişlərin həcmi kəskin şəkildə – il ərzində 57 faiz artaraq 108 milyard rubla çatıb.
Crossmedia.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
Mütəxəssislərin qeyd etdiyinə görə, 2023-cü ildə ipoteka kreditləri üzrə gecikmələr cəmi 3 faiz artmışdı. Şirkətin məlumatına əsasən, ümumi kredit portfelində gecikmiş ipoteka borclarının payı 0,45 faizə çatır.
Ən çox borcu olan bölgələr arasında Moskva (17 faiz, 17,8 milyard rubl), Moskva vilayəti (10 faiz, 10,9 milyard rubl), Krasnodar diyarı (7 faiz, 7,8 milyard rubl) və Sankt-Peterburq (5 faiz, 5,3 milyard rubl) liderlik edir.
İpoteka ödənişlərindəki vəziyyətə əsas faiz dərəcəsinin artırılması, yeni tikililər üçün kütləvi güzəştli ipoteka proqramının ləğvi və ailə ipotekası şərtlərinin sərtləşdirilməsi təsir edib.
Bundan əvvəl deputat Svetlana Razvorotneva rusiyalılara 2025-ci ildə güzəştli ipoteka ilə mənzil almağı tövsiyə edib. Onun sözlərinə görə, bu üsul iki uşaq sahibi olan ailələr, kənd yerlərində yaşayanlar, Uzaq Şərq və yeni regionların sakinləri üçün uyğundur.
Nərgiz Camalzadə
16:34 04.02.2025
Oxunuş sayı: 2442