Avropanın iqtisadi siyasəti tənqid olundu

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropanın iqtisadi problemlərinin əsas səbəbkarı kimi Brüsselin və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin siyasətini göstərib.
Crossmedia.az MKRU-ya istinadən xəbər verir ki, Aİ-nin Rusiya və Çinlə əlaqələri zəiflətməsi, həmçinin ABŞ-nin respublikaçı administrasiyası ilə münasibətləri pisləşdirməsi qitənin iqtisadi geriləməsinə səbəb olub.
Nazir bildirib ki, bu addımlar Avropanın rəqabət qabiliyyətini "çoxdan görünməmiş dərinliyə" salıb. O, problemin həlli üçün üzv ölkələrə iqtisadi səlahiyyətlərin geri qaytarılmasını təklif edib.
Onun sözlərinə görə, Avropa Komissiyasının hazırkı rəhbərliyi dövründə Aİ Rusiya və Çindən uzaqlaşıb, həmçinin ABŞ-nin prezidenti Donald Tramp haqqında mənfi fikirlər səsləndirib.
Qeyd edək ki, Macarıstan iqtisadi neytrallıq strategiyası ilə investisiya rekordları müəyyən edib və artıq 12 ölkə ilə investisiyaların qorunması barədə saziş imzalayıb. Bunun əksinə olaraq, Aİ bu sahədə heç bir uğur əldə etməyib.
Fatimə Məmmədova
16:21 04.02.2025
Oxunuş sayı: 2275