Bakıda Zəfər Gününə həsr olunmuş gimnastika yarışı keçiriləcək
Noyabrın 7-də Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Xüsusi Olimpiya proqramı çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.
11:29 06.11.2026
Oxunuş sayı: 86