Avtobus ödənişlərində dəyişiklik: Nağdsız üsul önə çıxır
Azərbaycanda 2026-cı ildə müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 %-ə çatıb.
Bu barədə Crossmedia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, cəmi iki il ərzində nağdsız ödənişlərin payı 12 faiz bəndi artıb.
Belə ki, müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 2024-cü ildə 77 %, 2025-ci il: 85 % təşkil edib.
15:22 09.10.2026
Oxunuş sayı: 179