Sürücü direktor müavininə niyə xəsarət yetirib? TƏBİB-dən açıqlama
Abşeron Rayon Mərkəzi Xəstəxanasında direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirilməsi ilə bağlı açıqlama verilib.
TƏBİB-dən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə 8 oktyabr 2026-cı il tarixində səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, xəstəxananın Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.
Qeyd olunub ki, hadisə zamanı xəsarət alan şəxsə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
“TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Həmçinin qeyd olunub ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə edilib və bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq olunub.”
14:41 08.10.2026
Oxunuş sayı: 85