Trampın qeyri-adi heykəli nümayiş olundu
Strasburqda Avropa Parlamentinin binasında ABŞ Prezidenti Donald Trampı çılpaq vəziyyətdə təsvir edən satirik heykəl nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, “Der Spiegel” bu barədə məlumat yayıb.
“Portağal taun” adlanan əsər “Ədalətsizlik kralı” adı ilə də təqdim olunur. Heykəldə Tramp əlində qolf çubuğu ilə bir kişinin çiyinlərində oturmuş vəziyyətdə təsvir edilib.
Əsərin müəllifi danimarkalı rəssam Yens Qalşiotdur. Rəssamın sözlərinə görə, heykəl Trampın dünya düzəninə münasibətinə və iqlim dəyişikliyi ilə mübarizəsinə satirik yanaşmanı əks etdirir.
Mis və 23 karatlıq qızıldan hazırlanan heykəlin oktyabrın 8-dək Avropa Parlamentinin binasında nümayiş etdiriləcəyi bildirilir.
16:28 07.10.2026
Oxunuş sayı: 208