Ərdoğan Putinlə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlərin mühüm əhəmiyyət daşıdığını bildirib. Türkiyə Prezidenti ölkəsinin Rusiya ilə Ukrayna arasında birbaşa təmasların başlanmasına yönəlmiş səylərə hər zaman töhfə verməyə hazır olduğunu vurğulayıb.
Söhbət zamanı Ərdoğan Vladimir Putini doğum günü və partiyasının Dövlət Dumasına seçkilərdə qazandığı uğur münasibətilə təbrik edib.
16:09 07.10.2026
Oxunuş sayı: 120