Aİ Çin hibridlərinə qarşı yeni addım atır
Çin avtomobil markalarının Avropadakı hibrid avtomobil satışlarında payı 25 faizə çatıb. Brüssel Çinlə ticarət kəsirini azaltmaq məqsədilə hibrid avtomobillərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Planın əsas məqsədi Avropa İttifaqı ilə Çin arasında ticarət balansındakı fərqi azaltmaq və Avropa avtomobil istehsalçılarını Çin rəqibləri ilə artan rəqabətdən qorumaqdır.
Hazırda Çin brendləri Avropanın hibrid avtomobil bazarında əhəmiyyətli paya sahibdir. Brüssel mümkün idxal məhdudiyyətlərinin müddəti və tətbiq mexanizmi ilə bağlı variantları nəzərdən keçirir.
16:02 07.10.2026
Oxunuş sayı: 212