Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu bu gün tatamiyə çıxacaq
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə start verəcək.
Crossmedia.az-ın məlumatına görə, bu gün Hanna Zaytseva (63 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hamısı 81 kq) tatamiyə çıxacaqlar.
H.Zaytseva 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
V.Qələndərzadə 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Z.Tçkayev 1/16 finalda Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova), Ö.Rəcəbli Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) duelinin güclüsü ilə görüşəcək.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
09:09 07.10.2026
Oxunuş sayı: 23