Bakı-Ağstafa qatarlarına əlavə reyslər təyin edildi
Artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək.
Crossmedia.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu barədə məlumat yayıb.
Əlavə reyslər 10 və 11 oktyabr tarixlərində həyata keçiriləcək.
Bununla yanaşı, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər davam etdirilir.
Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.
11:28 07.10.2026
Oxunuş sayı: 72