Rusiya Ukraynaya kütləvi raket zərbələri endirib
Rusiya Ukraynaya genişmiqyaslı raket hücumu həyata keçirib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, hücum zamanı Kiyevin 4 rayonunda partlayışlar baş verib. İlkin məlumatlara əsasən, 2 nəfər həyatını itirib.
Hücum nəticəsində anbarların vurulduğu, həmçinin Tripolskaya İES və Kremençuk SES-ə zərbələr endirildiyi bildirilir.
Çerniqov vilayətinin Priluki şəhərində raketin 5 mərtəbəli yaşayış binasına düşdüyü, dağıntılar altında insanların qala biləcəyi qeyd olunur.
Kremençukda da yaşayış massivinə zərbə endirildiyi bildirilir. Bundan əlavə, Dnepr şəhərinin də raket hücumlarına məruz qaldığı qeyd edilir.
Hücumun Rusiya Prezidenti Vladimir Putinin doğum gününə təsadüf etdiyi bildirilib.
11:27 07.10.2026
Oxunuş sayı: 54