Bu gün dünya çempionatında 4 cüdoçumuz mübarizə aparacaq
Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycanın 4 idmançısı mübarizəyə başlayacaq.
Crossmedia.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək görüşlərdə Azərbaycan millisinin üzvləri qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar.
Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.
Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Zelim Tçkayev və Ömər Rəcəbli isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsi saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Dünya çempionatının görüşləri “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
10:33 07.10.2026
Oxunuş sayı: 64