Ağdamda məktəbə Ayköl Manasın adı verildi
Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib.
Crossmedia.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Elm və Təhsil Nazirliyi və Ağdam Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
10:23 07.10.2026
Oxunuş sayı: 55