“Radius” ölkəmizin tarixində və cəmiyyətində xüsusi iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunan “Canlı əfsanələr” layihəsinin 2026-cı il kolleksiyasını təqdim edib.
2026-cı il kolleksiyası Azərbaycan futbolunda mühüm iz qoymuş və qazandığı nailiyyətlərlə ölkə futbolunun müasir tarixində xüsusi yer tutan Qurban Qurbanova həsr olunub.
Layihə “Qarabağ” Futbol Klubunun dəstəyi ilə həyata keçirilir. Kolleksiya üçün “Radius” tərəfindən Qurban Qurbanovun imzasını daşıyan xüsusi dizaynlı futbol topu hazırlanıb.
Şirkətin məlumatına görə, xüsusi futbol topu Azərbaycan futbolunda qazanılan uğurların, illər ərzində formalaşmış dəyərlərin və azarkeşləri birləşdirən qürur hissinin rəmzidir.
Məhdud tirajla hazırlanan xüsusi futbol topları noyabrın sonunadək “Radius” tərəfindən müştərilərə təqdim ediləcək.
Qurban Qurbanov “Canlı əfsanələr” layihəsinin 2026-cı il kolleksiyasının ilk qəhrəmanıdır.
“Radius” layihəni növbəti illərdə Azərbaycanın tarixində və cəmiyyətində xüsusi iz qoymuş digər görkəmli şəxsiyyətlərə həsr olunan yeni kolleksiyalarla davam etdirməyi planlaşdırır.