Çətirlərinizi hazırlayın: yağışlı hava hələ davam edəcək
Azərbaycanda əksər ərazilərdə yağıntılı hava şəraiti davam edir.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə oktyabrın 7-nə olan məlumatında bildirib.
Məlumata görə, Bakı və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb. Bu, aylıq yağıntı normasının 32 faizinə bərabərdir.
Rayonlarda ən çox yağıntı Astara və Yardımlıda qeydə alınıb. Astarada 14 mm, Yardımlı və Şirvanda 12 mm, Lənkəran və Neftçalada 10 mm, Lerikdə isə 9 mm yağıntı düşüb.
Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 1-7 mm yağıntı qeydə alınıb.
10:11 07.10.2026
Oxunuş sayı: 165