9 ölkə başçısı MDB sammitində iştirakını təsdiqlədi
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərindən 9-u Dövlət Başçıları Şurasının sammitində iştirak edəcək.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“MDB-nin doqquz dövlət başçısı sammitdə iştirak edəcəyini təsdiqləyib. Türkmənistan və Rusiya liderlərindən əlavə, bunlar Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri, Ermənistanın baş naziridir”, - deyə Uşakov bildirib.
09:31 07.10.2026
Oxunuş sayı: 62