Yarım milyonluq dərman qaçaqmalçılıq ifşa edildi
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb.
Crossmedia.az Komitəyə istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən ölkə ərazisinə rəsmi idxal edilən dərman vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə 82 adda dərman vasitəsi aşkar edilib. Aşkar olunan dərman vasitələrinin qiymətinin 507 min manat olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.
09:03 07.10.2026
Oxunuş sayı: 190