"Gəncə" komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayır
"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxacaq.
Crossmedia.az məlumat verir ki, Azərbaycan təmsilçisi bu gün Türkiyənin "Esenler Erokspor" komandasının qonağı olacaq.
C qrupunun matçı İstanbul şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Gəncə" qrup mərhələsində "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan) və "Kolossos"la (Yunanıstan) da üz-üzə gələcək.
09:19 07.10.2026
Oxunuş sayı: 55