Torpaq bürcləri üçün oktyabr
Oktyabr torpaq bürclərinə xəyal qurmaqdan çox konkret addım atmaq tələb edən vəziyyətlər gətirə bilər. Bu ay əsas məsələ nə istədiyinizdən çox, bunun üçün nə etməyə hazır olduğunuz olacaq.
♉ BUĞA
Buğalar üçün oktyabr münasibətlərdə qərar ayına çevrilə bilər. Qarşı tərəfin davranışları sizə bəzi şeyləri daha aydın göstərəcək və uzun müddətdir cavabını gözlədiyiniz bir məsələ nəhayət açıq danışılacaq. Ayın sonunda isə “belə davam edə bilməz” dediyiniz bir münasibətdə qəti mövqe ortaya qoya bilərsiniz.
♍ QIZ
Qızlar üçün əsas dəyişiklik iş və gündəlik həyat tərəfində görünə bilər. Yeni iş təklifi, iş rejimində dəyişiklik və ya artıq sizi yoran bir məsuliyyətdən qurtulmaq gündəmə gələ bilər. Oktyabrda bir həmkarınızın və ya işlə bağlı tanışlığın sizə gözləmədiyiniz bir qapı açması da mümkündür.
♑ OĞLAQ
Oğlaqlar üçün oktyabr gələcəklə bağlı böyük planı konkretləşdirmək ayıdır. Təhsil, karyera, xaricə getmək və ya uzunmüddətli bir məqsədlə bağlı “nə vaxtsa” dediyiniz məsələ artıq tarix və plan tələb edə bilər. Ayın sonunda isə verdiyiniz bir qərarın nəticəsini görməyə başlayacaqsınız — bu dəfə söz yox, nəticə danışacaq.
Zeynəb Həsən
10:30 30.09.2026
Oxunuş sayı: 29