Rusiyanın qış hücumları üçün ballistik raket topladığı iddia edilir
Rusiyanın Ukraynaya qarşı qış hücumları üçün ballistik raket ehtiyatı topladığı ehtimal edilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” son vaxtlar Rusiyanın ballistik raketlərdən istifadəsini əhəmiyyətli dərəcədə azaltdığını və hücumlarda reaktiv mühərrikli PUA-lara daha çox üstünlük verdiyini yazıb.
Nəşrin məlumatına görə, bu dəyişiklik Rusiyanın ballistik raketləri qış aylarında Ukraynanın enerji və istilik infrastrukturuna qarşı mümkün zərbələr üçün toplaması ilə bağlı ola bilər.
“Bloomberg”in qeyd etdiyi ehtimala görə, ballistik raketlər Ukraynanın enerji obyektlərinə qarşı əvvəlki hücumlarda ən ciddi zərər vuran silahlar arasında olub.
19:38 21.09.2026
Oxunuş sayı: 52