Ukrayna danışıqları ilə bağlı BƏƏ-dən mühüm addım
Birləşmiş Ərəb Əmirlikləri Ukrayna üzrə danışıqların keçirilməsi üçün platforma təqdim etməyə hazır olduğunu Rusiyaya bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi məlumat verib.
Məlumata görə, Əbu-Dabinin vəliəhdi Vladimir Putinlə görüş zamanı BƏƏ-nin Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
BƏƏ daha əvvəl də Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edib. 2026-cı ilin əvvəlində Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib.
Hazırda Ukrayna üzrə danışıqların yenidən keçirilməsi üçün BƏƏ, Türkiyə və İsveçrə mümkün məkanlar sırasında nəzərdən keçirilir.
11:28 13.09.2026
Oxunuş sayı: 49