Husilərin hücumlarından sonra Pakistanın mövqeyi bəlli oldu
Pakistan Səudiyyə Ərəbistanına qarşı husilərin son hücumlarına cavab olaraq müdafiə sazişinin tətbiqini hələ müzakirə etməyib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Sacid Heydər Xan bildirib ki, İslamabad müdafiə sazişi çərçivəsində hər hansı hərbi tədbirin görülməsini hazırda müzakirə etmir.
Onun sözlərinə görə, Pakistan “vaxtı çatanda hərəkət edəcək”.
Sözügedən saziş Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında müdafiə əməkdaşlığını nəzərdə tutur. Məsələ husilərin Səudiyyə Ərəbistanına son hücumlarından sonra gündəmə gəlib.
17:55 10.09.2026
Oxunuş sayı: 38