Taker Karlsondan MÜBAHİSƏLİ İDDİA: İran və Rusiya məsələsində eyni qüvvələr
Amerikalı jurnalist və siyasi şərhçi Taker Karlson ABŞ-nin İranla müharibəyə cəlb edilməsində rol oynayan qüvvələrin ölkəni Rusiya ilə qarşıdurmaya da sövq etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Taker Karlson bu barədə açıqlama verib.
Karlson ABŞ-nin İranla müharibəyə cəlb edilməsinin arxasında dayanan qüvvələrlə Rusiyaya qarşı daha sərt siyasət yürüdülməsini istəyən qrupların eyni olduğunu iddia edib.
“İranla müharibəyə ABŞ-ni cəlb edən həmin insanlar niyə ölkəni Rusiya ilə müharibəyə sövq edirlər?” – deyə jurnalist sual edib.
O, bununla bağlı əlavə fərziyyələr irəli sürməyəcəyini bildirərək, sadəcə olaraq bu iki prosesin eyni qrup tərəfindən həyata keçirildiyini qeyd edib.
Karlson son aylarda ABŞ-nin İran siyasətini və prezident Donald Trampın müharibə ilə bağlı qərarlarını tənqid edən açıqlamaları ilə də gündəmə gəlib.
14:47 10.09.2026
Oxunuş sayı: 37