Anthropic tədqiqatçısından süni intellektlə bağlı qorxulu xəbərdarlıq
“Anthropic” şirkətinin təhlükəsizlik üzrə aparıcı tədqiqatçısı Evan Hubinger süni intellektin qarşıdakı 10 il ərzində bəşəriyyətin məhvinə səbəb olmaq ehtimalının 10 faizdən çox olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Hubinger “X” sosial şəbəkəsində yazıb ki, hazırda mövcud olan modellərin yaratdığı risk aşağıdır. Lakin o, texnologiyanın yaxın gələcəkdə sürətlə inkişaf edərək özünü təkmilləşdirmək qabiliyyətinə çatmasından və bunun bəşəriyyət üçün ekzistensial təhlükə yaratmasından narahat olduğunu qeyd edib.
Tədqiqatçı süni intellekt sistemlərinin gələcəkdə insanların məhvinə konkret olaraq necə səbəb ola biləcəyini açıqlamayıb.
Onun açıqlaması süni intellektin mümkün təhlükələri ilə bağlı son dövrlərdə səsləndirilən daha sərt xəbərdarlıqların davamıdır. Müzakirələr artıq süni intellektin ümumiyyətlə təhlükə yaradıb-yaratmamasından çox, bu riskin nə qədər böyük olması üzərində cəmlənir.
Hubingerin açıqlaması daha əvvəl “Anthropic” və “OpenAI” şirkətlərində çalışmış süni intellekt tədqiqatçısı Ceykob Koksunun “X”də paylaşdığı fikirlərə cavab olaraq səsləndirilib.
Koksun sözlərinə görə, hər iki şirkət məsuliyyətli davranmır. O, yaxın gələcəkdə süni intellekt sistemlərinin insan imkanlarını üstələyə, istənilən sistemi sındıra, müxtəlif sahələrdə sürətli dəyişikliklər yarada və real güc və resurslar əldə edə biləcəyini iddia edib.
08:30 10.09.2026
Oxunuş sayı: 67