Bakı–Pirşağı–Sumqayıt xəttində HADİSƏ - Külək görün nəyə səbəb oldu
Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, buna səbəb "Zabrat-2" stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub.
ADY əməkdaşları ərazidəki maneələri aradan qaldırıb, qatarların hərəkəti təmin edilib.
09:54 08.09.2026
Oxunuş sayı: 67