İran Hörmüz boğazını gəmiçilik üçün bağladı
İran Hörmüz boğazının gəmiçilik üçün tamamilə bağlandığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Press TV İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin sözlərinə istinadən bu barədə məlumat yayıb.
Rzai bildirib ki, boğazdan keçməyə cəhd edən ABŞ gəmiləri İran hərbçiləri tərəfindən atəşə tutulur. Lakin gəmilər batırılmır.
Onun sözlərinə görə, bunun əsas səbəbi neft daşıyan gəmilərin batırılmasının regionun ekologiyasına zərər vuracağı ilə bağlı narahatlıqdır.
Rzai ABŞ gəmilərini "qaçaqmalçılıqla məşğul olan" gəmilər adlandırıb və İranın onları batırmamaq qərarına gəldiyini bildirib.
Bundan əvvəl "Financial Times" ABŞ-ın dörd ay ərzində Hörmüz boğazını minalardan təmizləmək üçün gizli əməliyyat apardığını yazıb.
Qəzetin məlumatına görə, əməliyyatda xüsusi təyinatlı qüvvələrin dalğıcları, robotlaşdırılmış qayıqlar və xüsusi sualtı aparatlarından istifadə olunub.
00:00 07.09.2026
Oxunuş sayı: 48