ABŞ-dən İrana açıq təhdid gəldi
ABŞ-nin müharibə naziri Pit Heqset İranı ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaq barədə xəbərdar edib və əks halda İran tankerlərinin məhv ediləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Pit Heqset bu barədə açıqlama verib.
“Hər şey sadədir: İran ABŞ gəmilərinə atəş açarsa, biz onların tankerlərini məhv edəcəyik və batıracağıq. Onlardan tələb olunan yeganə şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır”, – deyə Heqset bildirib.
09:41 06.09.2026
Oxunuş sayı: 45