Ukrayna: Rusiyanın iki neft emalı müəssisəsi fəaliyyətini dayandırıb
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın iki iri neft emalı müəssisəsinin zərbələrdən sonra fəaliyyətini dayandırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, “Lukoyl” şirkətinin Kstovo neft emalı zavodu avqustun 26-da, “NOVATEK – Ust-Luqa” kompleksi isə sentyabrın 1-də baş verən zərbələrdən sonra fəaliyyətini dayandırıb.
Ukrayna tərəfi iddia edir ki, hər iki müəssisə Rusiya Silahlı Qüvvələrinin tələbatının təmin edilməsində rol oynayır.
17:37 04.09.2026
Oxunuş sayı: 41