Britaniya XİN başçısı: Folklend adaları Britaniyanındır və belə də qalacaq
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend ölkəsinin Folklend adaları ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “X” sosial şəbəkəsində Ed Milibend bu barədə paylaşım edib.
Nazirin sözlərinə görə, Folklend adaları Britaniyaya məxsusdur və belə də qalacaq.
Milibend bildirib ki, Böyük Britaniya adaların sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu qətiyyətlə müdafiə edəcək.
14:05 04.09.2026
Oxunuş sayı: 39