Enerji bazarında bahalaşmanın səbəbi məlum olub
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Ukraynanın Rusiyanın enerji obyektlərinə qarşı həyata keçirdiyi hücumlar dünya enerji bazarında qiymətlərin artmasına təsir göstərir.
Crossmedia.az xəbər verir ki, Bessent bu barədə “Fox News” telekanalına danışıb.
Onun sözlərinə görə, Rusiyanın enerji infrastrukturuna qarşı hücumlar qlobal enerji təchizatına təsir göstərərək enerji daşıyıcılarının bahalaşmasına səbəb olur.
20:32 02.09.2026
Oxunuş sayı: 40