Almaniya rusiyalı əməkdaşlara 7 günlük vaxt verib
Berlindəki Rus Evinin əməkdaşlarına Almaniyanı tərk etmək üçün 7 gün vaxt verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev məlumat verib.
Onun sözlərinə görə, Rus Evinin əməkdaşları yeddi gün ərzində Almaniyanı tərk etməlidirlər.
Qərarın səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
19:24 02.09.2026
Oxunuş sayı: 50