Kiyev və Odessada hərbi obyektlər hədəf alınıb
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Kiyev vilayətinin Vışnevoe şəhərində hərbi yüklərin saxlanması üçün istifadə edilən Erido logistika mərkəzinə zərbə endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bundan əlavə, Kiyev vilayətində pilotsuz uçuş aparatları üçün komplektləşdirici hissələrin saxlandığı FM Logistik Dnepr logistika mərkəzinin də vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi, həmçinin Korçevatoye ərazisində Ukrayna Silahlı Qüvvələri üçün yüklərin saxlanması və paylanmasının həyata keçirildiyi logistika mərkəzinin hədəfə alındığını açıqlayıb.
Nazirliyin məlumatına görə, Çernomorsk limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan hərbi əmlak daşıyan quru yük gəmisinə zərbə endirilib. Qara dənizin akvatoriyasında isə silah və sursat daşıdığı bildirilən digər quru yük gəmisi vurulub.
Həmçinin Odessa limanında hərbi-texniki əmlakın saxlandığı anbarların məhv edildiyi bildirilib.
19:08 02.09.2026
Oxunuş sayı: 52