Ukrayna Rusiya təyyarəsi və helikopterini məhv edib
Ukrayna Rusiya təyyarəsi və helikopterinin məhv edildiyini təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 30-da Rusiyaya məxsus Ka-27 helikopterinin Krasnodar vilayətindəki Yeysk aerodromu yaxınlığında məhv edildiyini təsdiqləyib.
Həmçinin avqustun 27-də Rostov vilayətindəki Millerovo aerodromu ərazisində Rusiya Silahlı Qüvvələrinə məxsus MiQ-29 qırıcısının məhv edildiyi bildirilib.
19:00 02.09.2026
Oxunuş sayı: 49