Saxalində helikopter avtomobil yoluna məcburi eniş edib
Saxalində Mi-8 helikopterinin magistral yolun ortasında sərt eniş etməsinin səbəbi yanacağın tükənməsi olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fighterbomber” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, helikopterin yanacağı uçuş zamanı bitib və ekipaj məcburi eniş etməyə məcbur olub. Hadisə nəticəsində helikopter avtomobil yoluna eniş edib.
18:55 02.09.2026
Oxunuş sayı: 48