Suriyada illərlə gizlədilən nüvə obyekti tapılıb
Suriyada devrilmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə Deyr əz-Zor bölgəsində gizli nüvə reaktorunun tikildiyi müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bi barədə ˝Associated Press˝ məlumat yayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri avqust ayında Suriyada bir neçə obyektə baxış keçirib və daha əvvəl şübhə doğuran nüvə obyektlərinin mövcudluğunu təsdiqləyiblər.
BAEA-nın məlumatına görə, Əsəd hökuməti Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində tələb olunan nüvə materialları, obyektləri və fəaliyyətləri barədə məlumat verməyib.
Yoxlanılan obyektlər arasında Deyr əz-Zorda tikilməkdə olan nüvə reaktoru, nüvə yanacağının istehsalı müəssisəsi və yanacağın saxlanması üçün nəzərdə tutulan başqa bir obyekt olub.
18:50 02.09.2026
Oxunuş sayı: 55