Rusiyada ən çox tələb olunan işçilər açıqlanıb
Rusiyada əmək bazarında ixtisaslı kadrlara ehtiyac qalır, lakin işçi çatışmazlığı son dövrlərdə daha çox ayrı-ayrı sahələr üzrə özünü göstərir.
Crossmedia.az xəbər verir ki, KMEPT Karyera Mərkəzinin rəhbəri Valentina Kiosya bu barədə açıqlama verib.
HR-analitikin sözlərinə görə, Rusiya şirkətləri bir sıra peşə sahələri üzrə əməkdaşlara ehtiyac duymaqda davam edir.
Ən çox tələb olunan mütəxəssislər arasında qaynaqçılar, elektriklər, mühəndis-konstruktorlar, robototexnika və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər, həmçinin həkimlər və əczaçılar yer alır.
Beləliklə, Rusiyada kadr çatışmazlığı ümumi xarakterdən daha çox konkret peşə və ixtisaslar üzrə cəmlənir.
17:49 02.09.2026
Oxunuş sayı: 49