Ərdoğan: Yunanıstan yanlış yoldan əl çəkməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı Egey dənizindəki adaların silahlandırılması fonunda tutduğu siyasətdən əl çəkməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə açıqlama verib.
Ərdoğan Yunanıstanın seçdiyi yolun yanlış olduğunu bildirib və Afinanı bu siyasətə yenidən baxmağa çağırıb.
“Türkiyə heç kimin onun hüquqlarını pozmasına imkan verməyəcək. Bizim təmkinli yanaşmamızı zəiflik kimi qəbul edənlər böyük səhvə yol verirlər. Tarix ondan dərs çıxarmağı bacaranlar üçün ən yaxşı istiqamətvericidir”, – deyə Türkiyə prezidenti bildirib.
Türkiyə uzun müddətdir Egey dənizində demilitarizasiya statusuna malik bəzi Yunanıstan adalarının silahlandırılmasına etiraz edir. Ankara bunun beynəlxalq razılaşmalara zidd olduğunu bildirir, Afina isə öz təhlükəsizliyini təmin etmək hüququna istinad edir.
16:17 02.09.2026
Oxunuş sayı: 63