Cəbhədə yeni mərhələ: strateji yolun taleyi dəyişə bilər
Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində yerləşən Kazacya Lopanın yaşayış məntəqəsinə nəzarətin ələ keçirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Rusiya Müdafiə Nazirliyi” bu barədə məlumat yayıb. Məlumata görə, əməliyyat “Şimal” qoşun qruplaşmasının bölmələri tərəfindən həyata keçirilib.
Hərbi bloqer Boris Rojin də daha əvvəl Kazacya Lopanın nəzarətə götürüldüyünü yazıb. Onun iddiasına görə, yaşayış məntəqəsindən Ukrayna hərbçiləri çıxarılıb.
Rojinin sözlərinə görə, məntəqəyə nəzarətin ələ keçirilməsi Xarkova doğru gedən T2117 avtomobil yolunun nəzarətdə saxlanılmasına imkan yaradır.
Qeyd edək ki, tərəfi avqustun 15-də Ukraynanın xüsusi əməliyyat qüvvələrinin Kazacya Lopanın ətrafına gəldiyini və itkilər verdiyini bildirmişdi.
13:39 02.09.2026
Oxunuş sayı: 63