Sərnişinlərə pis xəbər: 12 uçuşla bağlı qərar verildi
Türkiyənin “Pegasus” aviaşirkəti sentyabrın 2-də Moskvaya və Moskvadan həyata keçirilməsi planlaşdırılan 12 reysi ləğv edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə “Vnukovo” hava limanına istinadən məlumat yayıb.
Məlumata görə, ləğv edilən reyslər arasında Moskvadan Türkiyənin Bodrum və Antalya şəhərlərinə, həmçinin İstanbul istiqamətində uçuşlar da var.
13:31 02.09.2026
Oxunuş sayı: 59