İran ABŞ-nin Yaxın Şərqdəki iki bazasına zərbə endirdiyini açıqlayıb
İran Silahlı Qüvvələri Yaxın Şərqdə ABŞ-yə məxsus iki hərbi bazanın hədəfə alındığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İran tərəfi bu barədə məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun İordaniyada yerləşən ABŞ Dəniz Piyadaları düşərgəsinə ballistik raketlərlə zərbə endirdiyi bildirilir.
İran ordusu isə Bəhreyndəki Şeyx İsa hərbi bazasının pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını açıqlayıb.
10:18 02.09.2026
Oxunuş sayı: 46