Odessada Rusiya hücumu nəticəsində 8 nəfər yaralanıb
Odessada Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində yaşayış binalarına və infrastruktura ziyan dəyib, 8 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhiy Lisak bu barədə məlumat verib.
Yaralananlar arasında bir uşağın da olduğu bildirilir. Hadisə nəticəsində şəhərdə yaşayış binaları və infrastruktur obyektləri zərər görüb.
09:43 02.09.2026
Oxunuş sayı: 52