Netanyahu azad dünya uğrunda mübarizə apardığını açıqlayıb
İsrailin Baş naziri Benyamin Netanyahu İran, HƏMAS, Hizbullah və Türkiyənin qarşıdakı seçkilərdə onun məğlub olmasında maraqlı olduğunu iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahu bildirib ki, adı çəkilən tərəflər onun seçkidə uduzmasını açıq şəkildə istəyirlər. Baş nazirin sözlərinə görə, İsrail hazırda bütün azad dünya uğrunda mübarizə aparır və buna görə də onun rəqibləri seçkilərdə qələbə qazanmasına mane olmağa çalışırlar.
O, İsrailin bu qüvvələrin məqsədlərinə çatmasına imkan verməyəcəyini vurğulayıb.
21:30 01.09.2026
Oxunuş sayı: 51