Almaniya Rusiyaya müharibə xəbərdarlığı edib
Almaniyanın müdafiə sənayesinin top-meneceri Ştefan Tuman Almaniya ilə Rusiyanın faktiki olaraq müharibə vəziyyətində olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, ˝Politico˝-nun yazdığına görə, Tuman Berlinin Moskva ilə əlaqələndirdiyi təxribat əməliyyatlarını müharibə aktı adlandırıb.
O, Avropa siyasətçilərinin istifadə etdiyi hibrid müharibə ifadəsini qəbul etmədiyini bildirərək, Almaniya və Rusiya arasında artıq müharibə getdiyini deyib. Bu açıqlama Berlinin Rusiyanın iştirakı ehtimal edilən sabotaj hadisələri ilə bağlı mövqeyini sərtləşdirməsi fonunda səslənib.
Məlumata görə, kansler Fridrix Merts Leypsiqdə dronlarla hücum cəhdi ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoymağa və yeni genişmiqyaslı sanksiyalar elan etməyə hazırlaşır. Ukraynaya hərbi dronlar tədarük edən Donaustahl şirkətinin rəhbəri olan Tuman isə 2025-ci ildə zəhərlənməsi ilə bağlı iddia edilən plan barədə xəbərdarlıq aldıqdan sonra daimi mühafizə altında yaşadığını bildirib.
21:05 01.09.2026
Oxunuş sayı: 46